Türkiyə prezidenti islahata başlayacaqlarını açıqlayıb

“İqtisadiyyat və hüquq sahələrində keçirəcəyimiz islahatlarla bağlı hazırlıqlarımızı ictimaiyyətə təqdim etməyin vaxtı çatıb”.

 AKTUAL TV xəbər verir ki, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Düzcə, Amasiya, Bartın və Karabük əyalət təşkilatlarının 7-ci növbəti konfranslarına canlı bağlantı zamanı çıxışında bildirib.

O, Türkiyəni 18 il əvvələ geri aparmaq istəyənlərə yarım əsrlik, bir əsrlik işlərlə cavab verəcəklərini bildirib: “İslahat gündəliyimizi formalaşdırmağa başladıq. İqtisadiyyatda və hüquqda atacağımız islahat addımları ilə bağlı hazırlıqlarımızın ictimaiyyətə təqdim olunması mərhələsi gəlib”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]