Amerikalıların 47 %-i Trampı ən pis prezidentlərdən biri hesab edir

Amerikalıların təxminən yarısı hazırkı prezident Donald Trampın ABŞ tarixindəki ən pis prezidentlərdən biri kimi xatırlanacağını hesab edir.

AKTUAL TV xəbər verir ki, bunu NPR radiostansiyası, “PBS NewsHour” proqramı və “Marist” sosioloji şirkətinin keçirdiyi sorğunun məlumatları göstərir.

Sorğu nəticələri amerikalıların 47 %-nin belə düşündüyünü göstərib.

Respondentlərin 16 %-i isə Trampın ABŞ tarixinin ən yaxşı prezidentlərindən biri kimi xatırlanacağına inanırlar.

“Tramp necə xatırlanacaq” sualına rəyi soruşulan amerikalıların 11 %-i “ortadan yaxşı” və “nisbətən orta”, 13 %-i isə “ortadan daha pis” cavabını verib.

Sorğu yanvarın 11-dən 13-dək olan dövrdə aparılıb və 1 173 respondent iştirak edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]