Gürcüstanda 20 Yanvar şəhidinin məzarı təmir olunur

Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində yerləşən 20 Yanvar şəhidi İlqar Əhmədovun məzarı Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə təmir olunur.

AKTUAL TV xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev şəhidin anası Nigar Əhmədova ilə görüşdə bildirib.

Onun sözlərinə görə, artıq məzarın və ətrafdakı qəbirlərin hasarları rənglənib: “Təmir-bərpa işləri çərçivəsində sinə daşı, hasarın dam örtüyü də yenilənəcək və məzara aparan cığıra daş örtüyü düzüləcək”.

F.Quliyev qeyd edib ki, təmir işlərinin şəhidin doğum günü – mayın 25-dək başa çatdırılması planlaşdırılıb.

Səfir, səfirlik əməkdaşları, kənd sakinləri, məktəblilər İ.Əhmədovun məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub, məktəblilər 20 Yanvar mövzusunda şeirlər söyləyiblər.

Şəhidin ailə üzvləri ziyarətə və məzarın təmirinə görə səfirliyə minnətdarlıq ifadə ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]