Niderland portalı 20 Yanvar faciəsindən yazdı

Niderlandın “haber.nl” portalında “Azərbaycan 20 Yanvar şəhidlərinin xatirəsini anmağa hazırlaşır” adlı məqalə dərc olunub.

AKTUAL TV xəbər verir ki, məqalədə xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi haqqında məlumat verilib. 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı cinayət olduğu yazılıb. 1990-cı il yanvarın 20-də xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən oğullarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığı qeyd edilib. Sovet ordusunun gecə dinc insanlara hücum etdiyi, şəhəri qana boyadığı bildirilib.

Qeyd olunub ki, Azərbaycan xalqı qəhrəman övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən övladları ilə fəxr edir.

20 Yanvar faciəsinin xalqımızın yaddaşında dərin iz buraxdığı deyilib. Məqalə Beynəlxalq Qadınlar Klubunun sədri Kəmalə Ceylinova və Avropa Azərbaycanlılar Media Qrupunun rəhbəri Emil Əliyev tərəfindən yazılıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]