Putinin şərəfinə keçiriləcək yarış təxirə salındı

Rusiya Prezidenti Vladimir Putinin şərəfinə Yaponiyada keçirilən ənənəvi sambo çempionatı təxirə salınıb.

Bu barədə TASS-a turnirin İcraiyyə Komitəsinin sədri, Yaponiya Sambo Federasiyasının vitse-prezidenti Nobuyuki Asai bildirib.

O, fevralın 7-də Yaponiyanın paytaxtı Tokioda baş tutacaq yarışın koronavirusun ölkə ərazisində yayılması səbəbindən iyulun 25-nə təxirə salındığını açıqlayıb. 23 iyul – 8 avqust tarixlərində isə Tokioda Yay Olimpiya Oyunları keçiriləcək.

Qeyd edək ki, əvvəlki analoji yarış 46-cı Yaponiya çempionatı olub və səkkizinci dəfə Rusiya Prezidenti Kuboku adlandırılıb. Ötən ilin fevralında baş tutmuş son yarışda təxminən 100 idmançı iştirak edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]