Ruhani: “Terrorçu Tramp administrasiyasının məhdudiyyətləri olmasaydı, vaksinasiya daha erkən başlaya bilərdi”

İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyalar olmasa ölkədə vaksinasiya proqramına daha erkən başlanıla biləcəyini söyləyib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Sanksiyalar, əngəllər və peyvəndin alınması ilə bağlı terrorçu Tramp administrasiyasının məhdudiyyətləri olmasaydı, vaksinasiya daha erkən başlaya bilərdi. Bu, ABŞ-ın İran xalqına qarşı törətdiyi bir cinayətdir. “, – deyə H.Ruhani bildirib.

O qeyd edib ki, əngəllərə və məhdudiyyətlərə baxmayaraq peyvəndin alınması ilə bağlı addımlar atılıb və Səhiyyə Nazirliyinin təsdiqlədiyi peyvəndin ilk partiyası növbəti həftələrdə ölkəyə gətiriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]