Bayden “Britaniya ştammı” ilə əlaqədar əlavə tədbirlərin həyata keçiriləcəyini bildirib

Artan pandemiya təhlükəsi ilə əlaqədar olaraq ABŞ-a xaricdən hava yolu ilə gələn bütün şəxslər karantinə yerləşdiriləcək.

AKTUAL TV xəbər verir ki, bu barədə Ağ Evdə çıxış edən ABŞ-ın yeni seçilmiş prezidenti məlumat verib.

“COVID-19-un yeni növünün yaranması ilə əlaqədar olaraq başqa ölkələrdən hava yolu ilə gələn şəxslərə qarşı yeni tədbirlər həyata keçirəcəyik. Maska taxmaqla yanaşı, başqa bir ölkədən təyyarə ilə ABŞ-a gələn hər kəs öncədən analiz verməli, ABŞ-a daxil olandan sonra karantinə yerləşdirilməlidir”, – deyə Birləşmiş Ştatların yeni prezidenti vurğulayıb.

Lakin C.Bayden koronavirusa qarşı yeni tədbirlərin tam olaraq nə zaman qüvvəyə minəcəyinə aydınlıq gətirməyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]