“Heç kim polis əməkdaşlarını istirahət vaxtlarında məclis qurmaq hüququndan məhrum edə bilməz”

"Sosial şəbəkələrdə bir qrup polis əməkdaşının karantin rejimini pozub, məclis təşkil etməkləri ilə bağlı görüntülər yayılıb.

Eyni zamanda dünən Daxili İşlər Nazirliyi bununla bağlı açıqlama verdi. Bu tədbir Quba rayon polis şöbəsinin əməkdaşlarının 2019-cu ilin dekabrında pandemiyadan əvvəl Xaçmazda restoranların birində keçirdikləri tədbir zamanı çəkilmiş videodur”.

 AKTUAL TV -nin məlumatına görə, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib:

“Qeyd etmək istəyirəm ki, son dövrdə cəmiyyətimizdə və ölkədə müəyyən qruplar var ki, onlar nə olur olsun Azərbaycan polisinə, Azərbaycan Hüquq Mühafizə Orqanlarına böhtan atmaqla məşğuldurlar. Yalan məlumatları sosial şəbəkələrdə yaymaqla, bu qurumların həm fəaliyyətinə, həm də şəxsi heyətinin nüfuzuna xələl gətirməyə çalışırlar. Yayılan görüntülərdən görünür ki, həmin əməkdaşlar mülki formadadılar və heç kim polis əməkdaşlarının iş vaxtından sonra, istirahət vaxtlarında məclis qurmaq, şənlənmək hüququndan məhrum edə bilməz. Bu Konstitusiya ilə onlara verilmiş hüquqlardır. Bu baxımdan görüntüdə də görünür ki, onlar rəsmi formada yox, mülki formadadırlar. Ola bilsin ki, hansısa bir əməkdaşın ad gününü və yaxud özəl bir günü qeyd edirlər”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu “çəkiliş” orada iştirak edən şəxslərdən birinin üzərinə yönəlməklə daha çox onu göstərir:

“Ən çox ona zərbə vurmaq niyyəti daşıyan hansısa fərdin hərəkətidir. Həmin insan düşünür ki, polis əməkdaşının hətta istirahət etdiyi zamanda da şəkilini çəkib, ictimailəşdirsə, hansısa bir zərər yetirə bilər. Bu yanaşma, konkret bir şəxsin görüntüsünün çəkilməsi həm ümumi polis əməkdaşlarına, həm də tək bir şəxsə yönələn qərəzli hərəkətin nəticəsidir. Amma, dəfələrlə qeyd etmişəm ki, pandemiya dövründə Azərbaycan polisinin çəkdiyi zəhmətlər və onların küçədə, yağışda, soyuqda bizim tibbi təhlükəsizliyimizi qoruması üçün atdığı addımlar, ictimai asayişin qorunması sahəsindəki xidmətləri danılmazdır. Bu gün ölkəmizdəki siyasi sabitliyin bərqərar olması, Cənab prezidentimizin apardığı siyasi kursun nəticəsi ilə yanaşı bunu reallaşdıran polis orqanlarının xüsusi əməyi var”.

Ç.Qənizadə bildirdi ki, gəlin birlikdə polis əməkdaşlarını və hüquq mühafizə orqanlarını onlara atılan şər, böhtanlardan qoruyaq:

“İstər polis, istərsə də hüquq mühafizə orqanlarına bu cür yanaşmanı qətiyyətlə pisləyirik. İstirahət vaxtı hər bir vətəndaş Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş istirahət hüququndan istifadə edərək məclis təşkil edə və əylənə bilər. Buna görə kiminsə cəzalandırılmasına ümid edənlər hesab edirəm ki, arzularına çatmayacaqlar. Gəlin, birlikdə Azərbaycanın bugünkü sabitliyini qorumaq naminə onlara atılan şər, böhtanların qarşısını alaq və bu cür çirkin əməllərdən çəkinək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]