“Navalnı artıq şəxs deyil, obrazdır, alətdir”

"Rusiyada bu il Dumaya seçki ilidir, çox maraqlı, hadisələrlə dolu bir il olacaq.

Aydın görünür ki, siyasi, hərbi elitanın bir qismi Putindən bezib, Navalnıya kömək edirlər, onu Putinə qarşı “torpedoya” çevirirlər, “Çarın” evinin üzərində uçuşa qadağa bölgədə dronla çəkiliş etmək, bir çox məsələlərlə bağlı dəqiq məlumatları əldə etmək təsadüf deyil. Bundan sonra VVP yə qarşı yeni kompromatlar ötürüləcək, yeni sensasiyaların şahidi olacağıq”.

 AKTUAL TV -nin xəbərinə görə bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, artıq gənc nəsil də yetişib ki, onlar Rusiyanı başqa cür görürlər, onlar daha çox Avropalıdırlar, Putin rejimi sıxdıqca bu əks-effekt verir: “Navalnı artıq şəxs deyil, obrazdır, alətdir, simvoldur, onun seçkiyə əsaslanmış dəyişiklik taktikası çox doğrudur. Əslində post-sovet məkanı üçün də örnəkdir. İstənilən halda seçkini boykot etmək ən mənasız iş olduğu bir daha sübut olundu. Rusiyada post-Putin dönəminə aktiv hazırlıq gedir, biz də bunu anlamalı, daxili və xarici siyasətdə bu amili nəzərə almalıyıq. Kremldə kimin oturmağından asılı olmayaraq Şimaldan təhlükələr həmişə olacaq – deməli, daha güclü, daha dayanıqlı, daha demokratik olmağa borcluyuq ki, təhlükələri önləyə bilək…’

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]