Zelenski fərman imzaladı

Ukrayna prezidenti Vladimir Zelenski Xarkovda qocalar evində baş vermiş yanğında 15 nəfərin həlak olması ilə əlaqədar ölkədə milli matəmin elan edilməsi haqqında fərman imzalayıb.

 AKTUAL TV xəbər verir ki, sənəd dövlət başçısının saytında yayılıb.

“21 yanvar 2021-ci ildə Xarkov şəhərindəki qocalar evində baş verən və insan tələfatına səbəb olan yanğın faciəsi ilə əlaqədar olaraq, ölənlərin xatirəsini ehtiramla yad etmək üçün qərara alıram: 23 yanvar, 2021-ci ildə Ukraynada matəm günü elan olunsun”, – fərmanda deyilir.

Prezident matəm günü Ukraynanın hər yerində rəsmi qurumlarda, yerli hakimiyyət orqanlarında, dövlət müəssisələrində, digər müəssisə və təşkilatların binalarında dövlət bayraqlarının endirilməsinə, əyləncə və konsert tədbirlərini ləğv etməyə, televiziya və radio proqramlarında müvafiq dəyişikliklər etməyə qərar verib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]