2020-ci ildə bələdiyyələrlə bağlı neçə akt tərtib edilib? – RƏSMİ

“Ölkə qanunvericiliyə müvafiq olaraq nazirliyin tabeliyində olan Bələdiyyələrlə iş mərkəzi tərəfindən 79 858 akt tərtib olunub, 76 433 akt qanuna uyğun olub. 2 939 aktın isə dəyişdirilməsi və ləğvi üçün aidiyyəti üzrə tapşırıq verilib”.

AKTUAL TV xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

O bildirib ki, pandemiya dövründə digər sahələrdə olduğu kimi Bələdiyyələrlə iş mərkəzinin də fəaliyyətində çətinliklər yaranıb:

“İnzibati tədbirlər görülməsi nəticəsində bələdiyyə aktlarının ləğvi məsələləri 0,5 faiz azalıb.

İl ərzində 3500 müraciətə baxılıb, bu istiqamətdə 800 nəfərin qəbulu həyata keçirilib.

Müraciətlərin sayı 6 faiz çox olub. Təmin edilən müraciətlərin sayı 17 faiz artıb. Bununla yanaşı, 328 qanunazidd bələdiyyə aktının dəyişdirilməsi və ləğvi ilə bağlı bələdiyyələrə müraciət olunub”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]