ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səbəb Rusiyadakı icazəsiz aksiyalarla bağlı səfirlik tərəfindən dərc olunan məlumat olub.

AKTUAL TV xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, səfirliyin qanunsuz hərəkətlərə verdiyi dəstəyin qəbuledilməz olduğunu bildirib, həmçinin Vaşinqtonu iğtişaşlara təşviq və təhrikdə günahlandırıb.

Məlumata görə, ABŞ diplomatik nümayəndəliyinin hərəkətləri Rusiya Federasiyasının işlərinə birbaşa müdaxilə adlandırılıb.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi yanvarın 6-da Vaşinqtonda təşkil olunan etiraz aksiyalarına ABŞ səfirinin heç bir reaksiya göstərmədiyini xatırladıb.

ABŞ diplomatik nümayəndəliyi qəbul edilmiş normalara riayət etməyə və öz ölkəsinin işləri ilə məşğul olmağa çağrılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]