Nigeriya sahilində ölən azərbaycanlının nəşini THY gətirəcək

“Gəmimizin sahibi türk deyil və ya Türkiyə bayrağı altında üzmür. Gəmimiz xarici investorlara aiddir. “Boden” şirkəti gəminin texniki təsisatına görə məsuliyyət daşıyır”.

AKTUAL TV “CNN Türk”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin “Boden Dənizçilik” şirkətinin direktoru Levent Karsan söyləyib.

“Gəmidə həlak olanın nəşi “Türk Hava Yolları” vasitəsilə Türkiyəyə gətirilib Azərbaycana göndəriləcək”, – o deyib.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılov həlak olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]