Pentaqon Yaponiyanı müdafiə edəcək

ABŞ müdafiə naziri Lloyd Ostin bəyan edib ki, lazım gələrsə, Pentaqon mübahisəli adaları qorumaq üçün Yaponiyaya hərbi kömək göstərəcək.

AKTUAL TV xəbər verir ki, “EADaily”nin məlumatına görə, söhbət Şərqi Çin dənizindəki Senkaku arxipelaqından gedir. Bu adalar Yaponiya və Çin arasında mübahisə predmetidir.

“ABŞ istənilən halda Şərqi Çin dənizində status-kvonun birtərəfli şəkildə pozulmasının əleyhinədir”, – deyə nazir bildirib.  

L.Ostin xatırladıb ki, ABŞ və Yaponiya arasındakı təhlükəsizlik sazişi Senkaku adalarına da şamil olunur.

Qeyd edək ki, mübahisəli adalarda zəngin qaz ehtiyatları yerləşir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]