Portuqaliyada prezident seçkilərində hazırkı dövlət başçısı liderlik edir – YENİLƏNİB

Portuqaliyanın hazırkı dövlət başçısı Marselo Rebelu di Souza seçki bülletenlərinin 55,47%-nin hesablanmasından sonra prezident seçkilərində liderlik edir.

AKTUAL TV TASS -a istinadən xəbər verir ki, bununla bağlı ilkin nəticələri ölkənin Daxili İşlər Nazirliyi elan edib.

Məlumata görə, hazırkı prezident 65,51% səs toplayıb. Onu radikal sağ “Chega” Partiyasının lideri Andre Ventura (12,33%) və hüquqşünas, sabiq-diplomat Ana Qomeş (9,57%) təqib edir.

12:52

Bu gün Portuqaliyada prezident seçkiləri keçirilir. Dövlət başçısı postuna 7 namizəd qeydə alınıb. Onların arasında hazırki prezident Marselu Rebelu di Souza da var.

Ölkə üzrə seçki məntəqləri Bakı vaxtı ilə saat 12.00-da açılıb və 22.00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Portuqaliyada 9 milyon nəfər səsvermə hüququna sahibdir. Ölkə qanunvericiliyinə əsasən, prezident 5 il müddətinə ümumi, birbaşa və gizli səsvermə yolu ilə seçilir.

Hazırki prezident 72 yaşlı Ribelu di Souza 2016-cı ildən etibarən ölkəyə rəhbərlik edir. Seçkiöncəsi aparılan sosialoji sorğulara əsasən builki kampaniyanın favoriti də məhz odur.

Əgər namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, o zaman fevralın 14-də səsvermənin ikinci mərhələsi keçiriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]