Baydeni ABŞ əhalisinin 60 faizindən çoxu dəstəkləyir – SORĞU

ABŞ əhalisinin 60 faizindən çoxu Co Baydenin prezidentliyinin ilk günlərindəki fəaliyyətini müsbət qiymətləndirir.

AKTUAL TV  xəbər verir ki, bu, “The Hill” nəşrinin “HarrisX” şirkəti ilə birgə keçirdiyi sorğu nəticəsində bəlli olub.

Belə ki, respondentlərin 63 faizi Baydenin prezident postunda fəaliyyətini dəstəkləyib.

Bununla yanaşı, sorğuda iştirak edən demokratların 94 faizi C.Baydeni dəstəklədiyini qeyd edib. Respublikaçıların 70 faizindən çoxu isə yeni dövlət başçısının işinə mənfi yanaşıb.

Respondentlər həmçinin C.Baydenin fəaliyyətinin müəyyən aspektlərinə də qiymət verib.

Məsələn, yeni liderin beynəlxalq məsələlərdəki fəaliyyətini 60 faiz sorğu iştirakçısı dəstəkləyib. Koronavirusa qarşı mübarizə sahəsində isə sözügedən göstərici 69 faiz olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]