Bill Qeyts: “Növbəti pandemiya on dəfə daha ağır ola bilər”

“Microsoft” şirkətinin təsisçisi, xeyriyyəçi, dünyanın ən varlı insanlarından biri olan Bill Qeyts COVID-19 pandemiyasının hələ başlanğıc olduğunu bildirib.

AKTUAL TV xəbər verir ki, bu fikirləri Almaniyanın “Süddeutsche Zeitung” nəşrinə müsahibəsi zamanı səsləndirib. Milyonçu hesab edir ki, dünya hələ növbəti pandemiyaya hazır deyil.

“Ümid edirəm ki, iki ildən sonra vəziyyət başqa cür olacaq. Vaksinlər, dərmanlar, testlər, xəstəxanalar – hamısı hazır olacaq. Pandemiya artıq həyatımızın bir hissəsinə çevrilib. Dövlətlərin vəzifəsi öz vətəndaşlarını qorumaqdır. Əgər hazırlıq daha yaxşı aparılsaydı, vəziyyət başqa cür olardı. Biz bundan düzgün nəticələr çıxarmalıyıq. Çünki növbəti pandemiya on dəfə daha ağır ola bilər”, – deyə Qeyts bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]