Əmək kitabçalarına ehtiyac qalmayacaq – RƏSMİ

“Ölkəmizdə mərhələli şəkildə əmək kitabçaları dövriyyədən çıxarılacaq”.

AKTUAL TV  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid – 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransda bildirib.

O qeyd edib ki, 2020-ci ildə əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başlanılıb:

“Proses bütünlükdə ölkənin həm əmək qanunvericiliyinin, məşğulluq siyasətinin və kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına zəmin yaradacaq”.

O qeyd edib ki, ezamiyyə vərəqələri, kağız üzərində əmrlər, ştat cədvəlləri, digər kağız daşıyıcıları ləğv edilərək, elektron müstəviyə keçirilməsi planlaşdırılır.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]