“Avroviziya – 2021” üçün musiqi qəbulu başa çatdı

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya – 2021” Beynəlxalq Mahnı Müsabiqəsi üçün musiqi qəbulunu başa çatdırıb.

AKTUAL TV  xəbər verir ki, müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov “Report”a bildirib ki, seçim mərhələsinə yerli və xarici müəlliflərdən 229 kompozisiya təqdim olunub.

“Komandamız hər bir mahnını layiqincə qiymətləndirmək üçün musiqiləri bir neçə dəfə dinlədi. Onların arasında həqiqətən gözəl kompozisiyalar var idi, onlardan altı ən yaxşısı bizim şort-listimizə düşmüşdü. Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışdıq. Lakin bu il də ilk növbədə biz onun ifaçı ilə nə dərəcədə uzlaşacağını nəzərə alırdıq”, – deyə bəstəkar və prodüser İsa Məlikov qeyd edib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropa Yayım Birliyinin (AYB) tələblərinə uyğun olaraq, hər bir mahnının müddəti 3 dəqiqədən çox olmamalıdır. Seçim prosesinə əsasən, mahnı növbəti mərhələdə müxtəlif ölkələrdən olan 50-dən çox “Avroviziya” mütəxəssisindən ibarət beynəlxalq fokus-qrupunun səsverməsi əsasında seçiləcək.

Mahnının rəsmi təqdimatı martın ikinci həftəsində baş tutacaq. Müsabiqədə ölkəmizi müğənni Samirə Əfəndi təmsil edəcək.

Bu il “Avroviziya” mahnı müsabiqəsinin yarımfinal mərhələsinin mayın 18-i və 20-də, final mərhələsinin isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcəyi planlaşdırılır.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]