“Avroviziya-2021” fərqli formatda keçiriləcək

“Avroviziya” pərəstişkarları bu il də sevimli yarışmalarını ənənəvi formatda izləyə bilməyəcəklər.

AKTUAL TV  xəbər verir ki,bunu tədbirin təşkilat komitəsi bəyan edib.

Yarışmaya üç aydan bir qədər artıq vaxt qalıb və onun mütləq 18-22 may tarixlərində keçiriləcəyi qeyd edilib. Lakin müsabiqənin formatı barədə hələ də yekun qərar qəbul edilməyib.

“Hazırda tədbirin keçirilməsi üzrə üç variantı müzakirə edirik. İstənilən halda bütün iştirakçıların təhlükəsizliyi və sağlamlığı bizim üçün prioritetdir”, – deyə təşkilat komitəsindən bildirilib.

Birinci variant bütün iştirakçıların sosial məsafə saxlayaraq iştirakı, yarışma zamanı sağlamlığın və təhlükəsizliyin qorunması üçün ciddi tədbirlərin görülməsindən ibarətdir.

İkinci ssenari yalnız onlayn canlı çıxışların təşkilini, üçüncü format isə bütün iştirakçııların Rotterdam səhnəsində canlı ifasını, lakin konsertlərin tamaşaçılarsız keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, ötənilki yarışma pandemiya səbəbindən ləğv olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]