Rusiya bu ölkələrin diplomatlarını deportasiya etdi

Rusiya XİN İsveç, Polşa və Almaniya diplomatlarını arzuolunmaz şəxs elan edib. Səfirlik əməkdaşları 23 yanvarda Moskva və Sankt-Peterburqda keçirilən qeyri-qanuni aksiyalarda iştirak ediblər.

TASS xəbər verir ki, müvafiq qərarla əlaqədar hər üç ölkənin Rusiyadakı səfiri XİN-ə çağırılıb və onlara etiraz notası təqdim olunub.

“Diplomatik münasibətlər haqqında 18 aprel 1961-ci il tarixli Vyana konvensiyasına əsasən, qeyri-qanuni aksiyalarda iştirak edən diplomatlar “persona non-grata” elan olunublar. Onlar yaxın vaxt ərzində Rusiya Federasiyası ərazisini tərk etməlidirlər. 

Rusiya tərəfi ümid edir ki, bundan sonra İsveç Krallığı, Polşa Respublikası və Almaniya Federativ Respublikasının diplomatik nümayəndəlikləri və onların əməkdaşları beynəlxalq hüquq normalarına ciddi şəkildə əməl edəcəklər”, – deyə nazirliyin bəyanatında bildirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]