Rusiya – Gürcüstan sərhədində 400-ə yaxın yük avtomobili növbə gözləyir

Rusiyanın Gürcüstanla sərhədində 400-ə yaxın yük avtomobilindən ibarət uzun növbə əmələ gəlib.

“İnterfaks”ın məlumatına görə, növbənin yaranmasına səbəb yolun çərşənbə axşamından etibarən bağlı olmasıdır.

“Hazırda nəzarət buraxılış məntəqəsinə aparan yolda 370 yük avtomobili növbə gözləyir”, – deyə Rusiya FHN-in Şimali Osetiya Baş İdarəsindən bildirilib.

Qeyd edək ki, adıçəkilən yolda nəqliyyatın hərəkətinin dayandırılması Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədardır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]