DİN Mətanət İsgəndərlinin nəvəsinin döyülməsi ilə bağlı araşdırmaya başladı

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimin qızını döyməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən AKTUAL TV-nin sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan fotoların təfərrüatı ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır:

“Vətəndaş Aynur Vaqif qızı Həmidova polis bölməsinə dəvət olunub və izahatı alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Aynur Həmidova övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı fotoları sosial şəbəkədə yaysa da, bu barədə polisə müraciət etməyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]