Anar Kərimov onlara yeni vəzifə verdi – Fotolar

Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları baş verib. 

AKTUAL TV  xəbər verir ki, nazirlikdən verilən məlumata görə, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Elçin Emil oğlu Nəcəfov İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.  

E.Nəcəfov son təyinatadək Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

Anar Kərimovun digər əmrinə əsasən, Qurbanzadə Fərid Vidadi oğlu Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

F. Qurbanzadə əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasında mütəxəssis kimi başlayıb. 2002-2021-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində məsul vəzifələrdə çalışıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]