Gürcüstan və Türkiyə XİN başçıları Bakıya gəlir: Üçtərəfli görüş keçiriləcək – YENİLƏNİB

Fevralın 18-də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, fevralın 19-da isə Gürcüstanın baş nazirinin müavini – Xarici İşlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

AKTUAL TV  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Fevralın 19-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, Gürcüstanın baş nazirinin müavini – Xarici İşlər naziri David Zalkaliani və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

17:10

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 18-də Azərbaycana səfər edəcək.

AKTUAL TV  xəbər verir ki, o, Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak edəcək.

D.Zalkaliani səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək görüşlər də keçirəcək.

Qeyd edək ki, bu formatda xarici işlər nazirlərinin son görüşü 2019-cu ilin dekabrında Tbilisidə keçirilib. XİN başçıları növbəti görüşün Bakıda keçirilməsinə dair razılıq əldə ediblər.

16:06

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir.

AKTUAL TV  xəbər verir ki, səfər fevralın 18-19 tarixlərində həyata keçiriləcək.

M.Çavuşoğlunun bir sıra rəsmi şəxslərlə görüşləri olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]