Ona görə 60-dan çox yük maşını Şuşaya rus sülhməramlılarının müşayiəti ilə çatdırılıb… – NƏ BAŞ VERİR?

Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Azərbaycanın iki nəqliyyat karvanının Dağlıq Qarabağ ərazisindən keçməsinin təhlükəsizliyini təmin ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Vurğulanıb ki, Rusiya hərbi personalının müşayiəti ilə 60-dan çox yük maşını Şuşa yaşayış məntəqəsinin infrastrukturunu bərpa etmək üçün tikinti materialları çatdırıb:


AKTUAL TV  xəbər verir ki, “Rusiya sülhməramlı kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə və bölgədə dinc həyatın bərpasına töhfə verməyə davam edəcək”. Rus sülhməramlılarının Azərbaycana məxsus yük maşınlarını Qarabağın dağlıq hissəsində müşayiət etməsi ölkə ictimaiyyətində ciddi narazılığa səbəb olub. Etirazını bildirənlərin sözlərinə görə, Azərbaycana məxsus avtomobillər ölkə sərhədləri daxilində istədikləri yerə sərbəst gedib-gəlmək imkanına malik olmalıdır. Lakin digərləri hesab edirlər ki, Qarabağın ermənilər yaşayan bölgələrində hələ də terror və təxribat təhlükəsi qalmaqdadır.

Politoloq Natiq Miri “Şərq”ə bildirib ki, Qarabağda erməni silahlıları hələ də qalmaqdadır. Ekspertin sözlərinə görə, Ermənistan Ordusunun nəzarətindən kənar bəzi silahlı qruplar müəyyən siyasi dairələrin təlimatını həyata keçirirlər:

“Belə qruplaşmaların Qarabağda mövcudluğu bizim üçün potensial təhlükədir. Təxribata meyilli silahlılar olan ərazilərdən Azərbaycana məxsus mülki maşınların keçməsi risklidir.

Rusiya sülhməramlıları bu reallıqları bildikləri üçün Azərbaycanın 60 tırına yol boyunca müşayiət etmək məcburiyyətindədir. Hadrut və digər bölgələrimizdə baş verən erməni terror aktlarını unutmamışıq. Bənzər təhlükələr qalmaqdadır”.

Analitik vurğulayıb ki, erməni silahlıları Qarabağdan tamamilə çıxarılmadığı və yerli əhalidən silah-sursat yığılmadığı müddətcə, potensial təhlükədən heç birimiz sığortalı deyilik:

“Azərbaycan xalqının narahatlığı başadüşüləndir. Öz torpaqlarımızda bir bölgədən başqa yerə rus sülhməramlılarının müşayiəti ilə hərəkət etmək heç də xoşagələn hal deyil. Ancaq hesab edirəm ki, bundan sonrasını düşünmək lazımdır. Azərbaycan dövlətinin suveren hüquqları bütün ərazilərimizdə tam bərpa olunmalıdır. Həmin ərazilərdə idarəetmə bizdə olduqdan və hüquq-mühafizə orqanlarımız fəaliyyətə başladıqdan sonra sərbəst və təhlükəsiz gediş-gəliş mümkün olacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]