Rüşvət yığdığı deyilən icra başçısının xanım müavini danışdı

Ağstafa rayonunun icra başçısının müavini Lalə Eyyubova həbs edilən sabiq başçı Nizammədin Quliyevin məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamlara cavab verib.

AKTUAL TV  xəbər verir ki, Lalə Eyyubova bildirib ki, məhkəmədə şahidlərin rüşvəti bilavasitə ona verməsi barədə səsləndirdiyi iddiaları qəbul etmir:

“Mənim məlumatım olmayan məsələ ilə bağlı heç nə deyə bilmərəm. Şahidlərin rüşvəti mənə verməsi, məhkəmə prosesində dindiriləcəyim barədə səsləndirilən iddiaları təkzib edirəm”.

Qeyd edək ki, Ağstafa rayonunun sabiq icra başçısı Nizammədin Quliyevin vəkili Kamandar Nəsibov açıqlamasında məhkəmədə şahidlərin əksəriyyətinin rüşvəti bilavasitə Lalə Eyyubovaya verdiyini deyib.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]