Azərbaycan icmasından britaniyalı deputatlara çağırış

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Britaniya parlamentinin üzvlərinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ülvi Pepinova, Fəridə Pənahova, Nərminə Məmmədova, Toğrul Bağırov və Vüsalə Kərimovanın imzası ilə ingilis parlamentarilərinə ünvanlanan müraciətdə bildirilib ki, fevralın 26-da dünya azərbaycanlıları tariximizin ən qara səhifələrindən birini, dərin ağrı və milli sarsıntı olan Xocalı soyqırımının növbəti ildönümünü yad edirlər. Xocalı soyqırımını XX əsrin ən dəhşətli kütləvi qırğını olan Serebrenitsa və Sonqmi ilə müqayisə edən soydaşlarımız erməni silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdikləri amansız cinayət barədə ətraflı məlumat veriblər.

Azərbaycan icmasının üzvləri ingilis deputatları bu müraciəti İcmalar Palatasında səsləndirməyə, 26 fevral tarixini Xocalının anım günü elan etməyə, soyqırımı pisləyən qətnaməni imzalamağa, onu törədənlərin Haaqadakı Beynəlxalq tribunalda mühakimə olunmasını tələb etməyə çağırıblar.

Soydaşlarımız həmçinin beynəlxalq birliyi susmamağa, Xocalı soyqırımının icraçılarını qınamağa və törətdikləri vəhşiliyə görə məsuliyyətə cəlb olunmalarını tələb etməyə səsləyiblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]