İrana xəbərdarlıq olundu: “Təhlükəli yolda addımlayırsan”

İran səhv yoldadır və təhlükəli bir istiqamətdə hərəkət edir”.

Aktualtv.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Edurd Prays deyib.

O, rəsmi Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıqdan imtina etməsinin təhlükəli qərar olduğunu bildirib:

“İran 2015-ci ildə Qərblə imzaladığı nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırmaqla səhv və təhlükəli bir istiqamətdə hərəkət edir. Biz inanırıq ki, İranla yeni bir razılaşmanın əldə olunması müzakirə yolu ilə mümkündür”.

Praysın sözlərinə görə, İran son vaxtlar üzərinə götürdüyü öhdəliklərindən kənar nüvə fəaliyyətləri ilə məşğuldur:

“İran, eyni zamanda, son vaxtlar öhdəliklərinin icrasını minimuma endirərək, AEBA ilə əməkdalığını azaldıb. Bu isə bizi narahat edir. Hesab edirik ki, İran səhv və təhlükəli istiqamətdə addımlayır”. teleqraf.com

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]