Xəz idxalının qadağası üçün Consona müraciət etdilər

İngiltərədə 50 sənətçi Baş nazir Boris Consona xəz satışının qadağan edilməsini tələb edən bir məktub ünvanlayıb.

Onlar Cudi Denç, Brayan Mey, Leona Layuis, Qari Lineker, Ceyms Artur, Tendi Nyuton, Aleşa Dikson, Riki Cerveys, Molli Kinq, Tviqqi və başqalarıdır.

Tanınmış simalar #FurFreeBritain kampaniyası çərçivəsində “Brexit”ə keçid tamamlandığı üçün 2021-ci ildə xəz qadağasının mümkün olacağına ümid etdiklərini bildiriblər.

“İngiltərənin xaricdə istehsal olunan xəz satışına icazə verdiyi müddətdə heyvanların çox əziyyət çəkdiyi, ətraf mühitə ziyan vuran və ölümcül virusların yayılması ilə insan sağlamlığı üçün risk yaradan sənaye prosesində iştirak etməyə davam edirik. Kürk alışını öz ölkəmizdə qadağan etdiyimizi söyləmək kifayət deyil, bunu xaricdə də dayandırmalıyıq”,- deyə məktubda qeyd olunub.

Qeyd edək ki, İngiltərədə xəz istehsalı 2003-cü ildə qadağan edilib. Lakin o vaxtdan bəri İngiltərə Finlandiya, Çin, Fransa və Polşa kimi ölkələrdən 800 milyon funt sterlinqdən çox dəyərdə xəz idxal edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]