Mübariz Mənsimovun 5 martda azadlığa çıxacağı xəbəri yayıldı

"Palmali” şirkətinin qurucusu, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun martın 5-də məhkəməsidir. Bakı vaxtı ilə saat 11:00-da Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsi Mənsimovun barəsində irəli sürülən ittihamnaməyə baxacaq. Qeyd edək ki, bu, sayca artıq 4-cü məhkəmə iclasıdır. İclas ictimaiyyət və mətbuat üçün açıq olacaq.

AKTUAL TV  xəbər verir ki, Türkiyədə həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində barəsində hökm çıxarılan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı mühüm qərar verilib.

İstanbul Baş Prokurorluğu məhbus kimi mühakimə olunan Mübariz Mənsimovun sərbəst buraxılmasını istəyib.

Məlumata görə iş adamı martın 5-də azadlığa çıxacaq.

“Məhkəmə prosesinin gəldiyi mərhələ, təqsirləndirilən cinayətə görə nəzərdə tutulan yəni veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə olma müddəti, həbs olunmasının tədbir məqsədli olması, həbsdə keçirildiyi vaxt, şübhəli olmadığı təqdirdə bu mərhələdə məhkəmə nəzarəti yolu ilə daha öncə həbs edilməmiş və ya başqa bir cinayətə məhkum edilməyibsə, azadlığa çıxa bilər. “Xaricə getməmək” və “Ünvanından çıxmamaq” şəklində ədli nəzarət tədbirlərinin tətbiqi ilə bağlı qərar verilməsi istənilir. Məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi, 109/3 maddəsini hakim tutaraq haqqındakı rəqəmsal materialların sahibinə qaytarılması istənilir” – deyə Baş Prokurorluğun məlumatında vurğulanır.

AKTUAL TV  xəbər verir ki, əvvəlki məhkəmə iclasından fərqli olaraq, bu dəfə Mübariz Mənsimov məhkəmə salonuna gətiriləcək.

Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Guliyevanın sözlərinə görə, martın 5-də baş tutacaq iclac bu işdə sonuncu ola bilər. Çox güman ki, Mənsimov məhkəmə zalından buraxılacaq.

“Onu deyə bilərəm ki, bu günə qədər məhkəməyə heç bir əsaslı dəlil təqdim edilməyib. Bu günə qədər məhkəmə, sadəcə, ifadələr üzərinə qurulub. Mübariz Mənsimovu ittiham edənlərin ifadələri bir-biri ilə kəskin şəkildə ziddiyyət təşkil edirdi. Üstəlik, ifadələr and içilmədən alınıb. Bu özü də qanuna ziddir. Məhkəmə zamanı verilən ifadələrin əksəriyyəti heç bir fakta əsaslanmayıb. Bu işlə əlaqəsi olmayan, amma məhkəməni izləyən müstəqil vəkillərin sözlərinə görə, bu dosye ilə heç kim həbs edilə bilməz.

Biz də, təbii ki, Türkiyədə ədalət sisteminə inanır və qüvənirik. Mübariz Mənsimovun azadlığa çıxacağına inanırıq. Səhhətinə gəldikdə, Mübariz Mənsimovun sağlık durumu yaxşı deyil. – deyə Fidan Quliyeva vurğulayıb.

13 yanvar 2021-ci ildə keçirilmiş üçüncü məhkəmə iclasında Mübariz Mənsimov ona qarşı heç bir əsaslı dəlilin irəli sürülmədiyini, saxta bir oyunun aparıldığını hakimə və məhkəmə iştrakçılarına bildirmişdi.

“Bunu deməsinə səbəb ortaya heç bir dəlilin qoyulmamasıdır. Bütün deyilənlər, sadəcə, sözdədir. Onu da nəzərə almaq lazımdır ki, ittiham tərəfinin şahidləri Mübariz Mənsimovla davalı adamlardır” deyən Fidan Quliyevanın sözlərinə görə, hələ 2017-ci ildə Mənsimov barəsində başladılan araşdırmanın nəticəsi olaraq 2019-cu ildə müəyyən edilib ki, onun FETÖ terror örgütü ilə heç bir əlaqəsi olmayıb. İki il davam edən araşdırmada şirkətin və Mübariz Mənsimovun bütün hesabları, telefon danışıqları, əlaqələri dəqiqliklə öyrənilmiş və təmiz çıxan hesabatlarda Mübariz Mənsimovun nə Asiya Bankında hesabı, nə pul ötürmələri, nə Baylok sisteminin mövcudluğu ortaya cıxmışdı. Bu isə, organik bağlarının olmamadığını təsdiqləyən çox önəmli göstəricilərdir.

Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bu ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.

Mübariz Mənsimov ilk gündən bu ittihamların hamısını rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bəyan edir. O, həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi “Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək. “Palmali” şirkətinin qurucusu həmişə bəyan edib ki, hüquqi dövlətdə yaşayır və Türkiyədə hər şeyin qanun çərçivəsində həll olunduğunu dərk edir. Bu səbəbdən Mübariz Mənsimov bir daha bildirib ki, Türk ədalətinin düzgün qərar verəcəyinə əmindir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]