QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gözləyir.

AKTUAL TV xəbər verir ki, bu barədə QMİ-dən məlumat verilib. Qeyd olunub ki, hələlik bu barədə rəsmi bildiriş gəlmədiyi üçün hər hansı fikir bildirmək çətindir. Həmçinin, rəsmi bildirişin yaxın günlərdə gələcəyi vurğulanıb.

Martın əvvəlində Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı konkret qərar olmalıdır, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir.

Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc ziyarətinə getmək üçün zəvvarların koronavirusa qarşı peyvənd olunmasını bir məcburi şərt kimi müəyyən edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]