Samirə “Eurovision”a bu şərtlərlə gedəcək

Avropa Yayım Birliyi (EBU) “Eurovision – 2021” üçün hazırlanan dörd əsas ssenari arasında “B” planını seçməyə məcbur olub.

Aktualtv.az xəbər verir ki, buna səbəb dünyada koronavirusun hələ də gündəmdə qalmasıdır. Yarışmanın ənənəvi qaydada keçirilməsi mümkün olmadığı üçün təşkilatçılar bütün səylərini “B” planına yönəldiblər. Bununla da, “Eurovision”un necə təşkil ediləcəyi ilə bağlı yekun qərar verilib.

Bu barədə yarışmanın icraçı məsləhətçisi Martin Österdahl məlumat yayıb.

“Müsabiqənin ruhu və ənənəsi Avropanı bir səhnədə birləşdirməkdir və biz buna Rotterdamda nail olmaq qərarındayıq. Bütün sənətçilərin Rotterdamda canlı ifa etdiyi təhlükəsiz bir yarışma keçirmək istəyirik”, – deyə o bildirib.

Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar “Eurovision”dan 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar. Onlardan uçuşdan 72 saat əvvəl neqativ koronavirus test nəticəsini (“PCR” test- red.) təqdim etmələri tələb edilir.

İfaçılar lazım olmadığı təqdirdə qaldıqları oteldən kənara çıxa bilməyəcəklər. Yarışmanın bütün heyətindən mütəmadi olaraq test götürüləcək.

Media mərkəzinə 500 nəfər dəvət ediləcək, rəqəmsal mühitə 1000 işçi cəlb  olunacaq.

Yarışmanın keçirildiyi “Ahoy Arena”nın tutumu kiçildiləcək, 1,5 metr məsafəyə riayət olunacaq. Buna baxmayaraq, yarışmada tamaşaçıların iştirak edib-etməyəcəyi barədə aprel ayının ortalarında məlumat veriləcək.

Qeyd edək ki, S. Əfəndinin “Eurovision” mahnısı martın ikinci həftəsində elan olunacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]