Mübariz Mənsimov azadlıqda!

Xəbər verdiyimiz kimi, bu gün İstanbul Ədliyyə Sarayında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

AKTUAL TV  xəbər verir ki,  məhkəmə prosesində şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.

Qərara əsasən, Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bu ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.

Mübariz Mənsimov ilk gündən bu ittihamların hamısını rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bəyan edir. O, həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]