Seneqalda milli matəm elan ediləcək

Seneqalda 3-8 mart tarixlərində küçə nümayişlərində həyatını itirənlər üçün milli matəm elan ediləcəyi və bayraqların yarıya endiriləcəyi bildirilib.

“Anadolu” agentliyi bu barədə ölkənin nazirlər kabinetinin yazılı açıqlamasına istinadən məlumat verib.

Seneqalda küçə nümayişləri PASTEF partiyasının lideri Ousman Sonkonun həbs olunmasından sonra başlayıb.

Açıqlamada yeni növ koronavirusa qarşı peyvənd kampaniyasının uğurla həyata keçirildiyi vurğulanıb və 22 yanvarda Dakar və Tiesdə elan edilən səhiyyə sahəsindəki fövqəladə vəziyyətin 19 mart gecə yarısı sona çatacağı qeyd edilib.

Təxminən 10 milyon əhalisi olan Seneqalda pandemiyanın başlanğıcından bəri 36 195 nəfərdə koronavirus müəyyən edilib, 935 nəfər ölüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]