Ermənistanda hərbi vəziyyətin ləğvi təklif olundu: “Baş nazirin istefasına maneə yaradır”

Ordusu İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın olunan Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” partiyası tərəfindən ölkədə hərbi vəziyyət rejiminin ləğvi təklif olunub.

“Sputnik Ermənistan” xəbər verir ki, qanun layihəsini müdafiə və təhlükəsizlik məsələləri komissiyasının iclası zamanı millət vəkili Arman Abovyan təqdim edib:

“Hərbi vəziyyət ölkədəki şəraitə uyğun gəlmir və bütün siyasi proseslər üçün böyük maneədir”.

O, qeyd edib ki, hərbi vəziyyətin qorunması yalnız siyasi məqsədlər daşıyır. Xüsusilə bu, baş nazirin istefasına hüquqi baxımdan maneə yaradır.

Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət 27 sentyabr 2020-ci ildə tətbiq olunub.

Xatırladaq ki, fevralın 26-da parlament şurası müxalif deputatların bu məsələ ilə bağlı Parlamentin növbədənkənar iclasının keçirilməsi təklifini müzakirə etməli idi, lakin iclas baş tutmayıb, çünki nə spiker Ararat Mirzoyan, nə də “Mənim addımım” fraksiyasının üzvlər iclasa gəlməyiblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]