Nazpəri oğlunun ölümündən danışdı: “Təcili yardım gələnə qədər…”

“Oğlum, valideynlərimin və qardaşımın dəfn olunduğu Qobustan qəbirstanlığında torpağa tapşırılacaq”. Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.

Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün ani olduğunu bildirdi: “Oğlum quş kimi yanımdan ucub getdi. Xalasıyla, mənimlə deyə-gülə getdi balam.

Təcili yardım gələnə qədər canını tapşırdı”. “Elə bil, cənnət quşu idi… Deməli, həyatıma bu da yazılıbmış”…”- deyən sənətçi göz yaşlarını saxlaya bilmədi. Qeyd edək ki, Xalq artistinin oğlu bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.


Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]