Paşinyan yeni baş qərargah rəisinin təyinatını təsdiqlədi

Artak Davtyan Ermənistan silahlı qüvvələrinin baş qərargahının rəisi təyin edilib.

“İnterfaks”ın məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

O bildirib ki, prezidentin baş nazir tərəfindən təqdim edilmiş təyinat haqqında fərman layihəsini imzalamadığını və Konstitusiya məhkəməsinə müraciət etmədiyini nəzərə alaraq, Artak Davtyan qanunla bu vəzifəyə seçilmiş sayılır.

Xatırladaq ki, martın 18-də vəkili Artur Ovannisyan Ermənistan İnzibati Məhkəməsi tərəfindən  Onik Qasparyanın şikayətinin təmin olunduğunu və baş qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcəyini demişdi.

Baş nazirin ofisindən isə bildirilmişdi ki, Qasparyanın məhkəmə tərəfindən şikayətinin təmin olunması onun vəzifədə qalmasını təmin etmir, çünki istefa proseduru ölkə konstitusiyası ilə tənzimlənir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]