Ərdoğan Qarabağdan DANIŞDI: “Kirli işğal sona çatdı”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 7-ci qurultayında Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən danışıb, ATƏT-in Minsk Qrupunu ittiham edib.

“Haber Global”ın məlumatına görə, R.T.Ərdoğan deyib ki, Minsk Qrupu Qarabağ münaqişəsini 30 ildə qarışıq vəziyyətə gətirmişdi.

“Azərbaycanlı qardaşlarımız dialoq üçün cəhdlər etdi, Ermənistan tərəfi isə təcavüzə davam etdi. Ermənistan bununla da dialoqu dalana dirəyən tərəf oldu”, – deyə Türkiyə lideri söyləyib.

R.T.Ərdoğan qeyd edib ki, Ermənistan ordusu yenidən hücuma keçəndə, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında yer alıb.

“Dastana dönən mübarizədə kirli işğal sona çatdı”, – R.T.Ərdoğan vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]