Zeynəb epoxası…

Bu Novruz SSRİ Xalq artisti Zeynəb Xanlarovanı efirlərdə görmədim. Zeynəb getdikcə yaddaşın xəfif xatirəsinə çevrilir. Heç harada olduğu da bilinmir.

Zeynəbin “Youtube”dakı köhnə kadrlarına baxıram. O, indi xalqın son 60 illinin yaddaşını gəzdirir əslində….
Bir mahnısı sovetin əl qabarlı fəhləsi haqqındadır, başqa mahnısı sevgidən, digəri Vətəndən.

Zeynəb hər evdə bir xatirə saxlayır.
Kimi ona baxanda artıq dünyada olmayan ata-anasnı göz yaşı ilə yada salır, kimi də gənclik həvəsi ötmüş ömrünü…

Zeynəbin oxuduğu “Yerevan” mahnısının altından ermənilər xiffətlə gözəl sözlər yazır, “Deli, deli” mahnısını gürcülər tərifləyir. Türklərdən soruşanda “Zeynab Hanlarovanı çox sevəriz” deyirlər.

“Nə qaldı?” oxuyan sənətkar milyonlara fani dünyanı puçluğunu xatırladırdı.

Əvvələr hamı onu çox sevirdi. “Sovet nəsli” üçün o nostalijdir.
Sonra sevməyənləri yarandı. Nifrət edənlər isə ondan sənətkar Zeynəb yox, siyasətçi olmağı tələb edənlərdir.
Zeynəb də Milli Məclisdə “açın buraxın günahsız uşaqları türmədən” deyə çıxış edirdi, torpaqları hasarlayanları qarğıyırdı…
Zeynəb xalqa oxşayır.

Əlçatmaz olub həmişə Zeynəb… Xalq içində az görünüb, az danışıb, darıxdırıcı müsahibələri isə monoton olub.
Amma hamının görmək, əl ilə toxunmaq istədiyi bir kult olub.

Yadıma gəlir, illər əvvəl telejurnalistlər ölüm yatağında olan məşhur qarmon ustası Aslan İlyasovdan “arzunuz nədir?” soruşanda o, “Zeynəb Xanlarovanı canlı görmək istəyirəm. Onu heç canlı görmədim” dedi.
Bu cavabdan təəccüblənmişdim onda.

Zeynəb yaddaşdır. Onun mövcudluğu insanlar üçün ötüb keçmiş zamanı dayandıran, faniliyi unutduran bir gücdür. Bəlkə ona görə, Aslan İlyasov canlı Zeynəbi görmək arzusunda imiş…Bununla diriləcəyinə inanırmış…Bəlkə də.

Yaddaşlardan boylanan “Zeynəb epoxası” indi zaman maşınına oxşayır.

Xəqani Səfəroğlu

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]