Ukrayna separatçı qüvvələrə qarşı bu təcrübədən ilk dəfədir istifadə edir; xarici işlər naziri: “ Putin ancaq güc dilindən başa düşür…”
Aktualtv.az xəbər verir ki, Donbasda atəşkəs razılaşmasına baxmayaraq, sakitlik yoxdur. Tərəflər atəşkəsə riayət edilməməsində bir-birlərinin ittiham edirlər. Facebokda isə Ukrayna Silahlı Qüvvələrinin son günlər separatçı bölgəni PUA-lardan vurulmasını əks etdirən video yayılıb. Videoya baxdıqda Azərbaycanın 44 günlük Qarabağ müharibəsindəki görüntülər yada düşür. Qeyd edək ki, ilk dəfədir ki, Ukrayna separatçı qüvvələrə qarşı bu təcrübədən istifadə edir.
Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov isə bəyan edib ki, ölkə ərazisində Donbass deyilən inzibati-ərazi bölgüsü yoxdur. Danilov seçki islahatına dair forumda çıxışında deyib ki, Ukraynanın heç bir hüquq sənədində “Donbass sözü yoxdur”. “Bu, Rusiya Federasiyası tərəfindən atılan bölgüdür- “donbaslılar”, “Donbass seçimi”, “Donbass diz çökməyəcək” və sairə… Biz dövlət sənədlərində buna ciddi şəkildə riayət etməliyik … Donetsk və Luqansk vilayətlərinin əraziləri üçün dəqiq adlar var, Donbass adı isə yoxdur. Belə bölgü çox təhlükəlidir” deyə, o bildirib.
MTMŞ katibi katibinin çıxışından sonra “Vikipediya” da “Donbass” sözü “Donetsk bölgəsi” ilə əvəz edilib. Bu termini yüz il əvvəl Ukrayna Xalq Cümhuriyyətinin rəhbərləri istifadə edib.
“Donbass hövzəsi” adı 19-cu əsrdə Ukrayna kömür mədənlərinin istismarında üçdə bir payı olan rus dağ mühəndisi Evqraf Kovalevski tərəfindən verilib. Ərazi Donbass adlanaraq tarixə keçib.
Separatçılar və Rusiya isə hesab edir ki, Ukrayna hökumətinin və Ali Radanın sənədlərində “Donbass” ifadəsinə mütəmadi olaraq rast gəlinir. Ukrayna prezidenti Zelenskinin özü də çıxışlarında Donetsk bölgəsindən deyil, Donbasdan danışır.
Maraqlıdır ki, Donbasa əlavə olaraq Ukraynada rəsmi olmayan digər köklü ərazi adları da var. Məsələn, hazırkı Ukrayna prezidentinin doğulduğu yer Krivbass kimi tanınır.










