Azərbaycanda DƏHŞƏT: Qadın üç aylıq körpəsini küçəyə atmaq istədi – FOTO

Bakıda üç aylıq körpəni küçəyə atmaq istəyiblər.

Oxu.Az-ın məlumatına görə, qadın qeyri-rəsmi nikahdan dünyaya gətirdiyi üç aylıq oğlan uşağını küçəyə atmaq istəyib. Bu zaman ətrafdakı insanlardan biri ona mane olub.

Qadını taksiyə mindirərək üç aylıq körpə ilə bərabər “Təmiz Dünya” İctimai Birliyinin sığınacağına göndərib. 

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumatı Oxu.Az-a təsdiq edib və bildirib ki, qadınla nə qədər danışıqlar aparılsa da, fikrini dəyişməyib:

“Həmin qadını dünən sığınacağa gətirdilər. Körpənin əynində normal paltar da yox idi. Qadın israrla uşaqdan imtina etdiyini dedi. Biz polis əməkdaşlarının iştirakı ilə qadınla profilaktik söhbət apardıq. Qadın heç uşağın atasının adını da bilmirdi. Aparılan söhbət zamanı uşağın atası da uşağı istəmədiyini deyir. Qeyri-rəsmi nikahdan olan uşaqdır. 

Birmənalı olaraq uşağı sığınacaqda qoyub çıxıb getdilər. Balaca yarımçılpaq vəziyyətdə idi və normal qidalanmamışdı. Hadisə barədə polisin iştirakı ilə aidiyyəti qurumlara məlumat verdik. Hazırda üç aylıq oğlan uşağı ilə bağlı bütün dövlət qurumları tərəfindən zəruri tədbir görüləcək. Balaca uşaq evlərindən birinə yerləşdiriləcək”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]