Əmək müqaviləsi olmadan işə cəlbolunma faktları aşkarlanıb

48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Aktualtv.Az-a verilən məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən müxtəlif tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Aparılan nəzarət tədbirləri zamanı Abbasova İradə Əli qızına məxsus tikiş sexində 41 nəfər, Ələkbərova Aydagül Kərim qızına məxsus tikiş sexində isə 7 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinı yetilməsinə cəlb olunduğu müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş Abbasova İradə Əli qızı barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]