Zelinski xalqını Türkiyəni dəstəkləməyə çağırdı

Ukrayna Prezidenti Valdimir Zelenski Türkiyə ilə əlaqədar bəzi açıqlamalar verib.

AKTUAL TV xəbər verir ki, o ukraynalı turistlərin Türkiyəyə səfərlərinin artırılmasının vacibliyini bildirib.

Türkiyəyə 10 apreldə baş tutan ziyarəti yüksək qiymətləndirən Zelenski mühüm razılaşmaların imzalandığını qeyd edib.

O Rusiyanın Türkiyəyə uçuşlardakı məhdudiyyətlərini qiymətləndirərək, Ukrayna vətəndaşlarını tətilə Türkiyəyə getməyə çağırıb:

“Rusiya Federasiyası Türkiyəyə turizmi məhdudlaşdıracağını bildirib. Bu, onların şəxsi işidir. Hesab edirəm ki, biz isə, əksinə, bu istiqamətdə turizmi inkişaf etdirməliyik və Türkiyəni dəstəklədiyimizi göstərməliyik”, – deyə Zelenski Ukrayna ilə Türkiyə arasında turist axınının artırıla biləcəyini vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]