Eldar Quliyevin dəfn mərasimi niyə gecikir? – RƏSMİ

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin sabah dəfn olunacağı deyilir.

AKTUAL TV xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Xalq artistinin dəfn olunması üçün övladlarının xarici ölkədən gəlməsi gözlənilir:

“Qızlarından biri bu gün gecə saatlarında, digəri isə səhər saatlarında ölkəyə çatacaq. Bizdə olan məlumata görə, onlar gəldikdən sonra mərhumun dəfni üçün dəqiq saatı demək mümkün olacaq”.

Xatırladaq ki, E.Quliyev ötən gün 80 yaşında vəfat edib. O, özünün vəsiyyəti ilə Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]