Yeni qiymətləndirmə üsulu necə olacaq? – “Repititor yanına getməyənlər də…”

Xəbər verdiyimiz kimi, təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrində qiymətləndirilmə prosesinə yeni kontekstdə baxış imkanlarının olacağını bildirib. Nazir tələbə nailiyyətlərinin qiymətləndirilməsi baxımından ciddi çağırışlarla üz-üzə olduğumuzu vurğulayıb.
Maraqlıdır, yeni kontekst özündə nələri ehtiva edəcək? Qiymətləndirilmədə nə kimi dəyişikliklər ola bilər?

Mövzu ilə bağlı Aktualtv.az-a danışan təhsil eksperti Kamran Əsədov yeni kontekstə əsasən şagirdlərin bacarıqlarının da qiymmətləndiriləcəyini bildirib:
“İlk növbədə qeyd edim ki, istər pandemiya dövründə, istərsə də ondan əvvəl verilən mövzuların yoxlanılma və ölçülmə alətləri tamamilə fərqli olmalıdır. Çünki pandemiya təhsilalma imkanlarına ciddi şəkildə təsir göstərdi. Təhsil Nazirliyinin yanaşması bu baxımdan düzgündür. Şagirdlərin qiymətləndirilməsi zamanı təkcə onların bilikləri yox, bacarıqlarının da yoxlanılması vacibdir. Bunu açıq və qapalı test tapşırıqları ilə yox, digər qiymətləndirmə üsulu ilə dəyərləndirmək lazımdır. Şagirdlərin motivasiyası, fiziki hazırlığı yoxlanılıb ölçülməlidir. Ona görə də birmənalı olaraq, yeni konteksdən yanaşma dedikdə burada diqqətə çatdırılmalı ən önəmli məsələ odur ki, obyektivlik və şəffaflıq tətbiq olunsun”.

Təhsil eksperti bundan sonrakı mərhələdə test üsulunun arxa plana düşə biləcəyini qeyd edib: “Bundan əlavə qiymətləndirmədə fərdi yanaşmanın tətbiqi olacaq. Bu o deməkdir ki, hər bir şəxsin özünəməxsus bilik və bacarıqları qiymətləndiriləcək. Elə şagird var ki, repititor yanına gedə bilmir və test imtahanında aşağı nəticə göstərir. Bu baxımdan yeni yanaşmanın tətbiqi müsbət nəticə verəcək. Belə ki, yeni kontekstə əsasən hər bir imtahan iştirakçısına bundan sonra individual yanaşma sərgilənərək onun intelektual səviyyəsi ölüçləcək. Bu gün də bizim qiymətləndirmədə əsas problem intelektin yox yaddaşın qiymətləndirilməsidir”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]