Zəngəzurda kütləvi həbslər olacaq – Anna Akopyan ƏMR VERDİ

Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyana zəng edərək, aqressiv şəkildə ondan Paşinyanın Sünik (Zəngəzur) səfərini məhv edən aktivistlərin həbsini tələb edib.

Aktualtv.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Dejavü” teleqram kanalı yayıb.

O, Abazyanı MTX-nın səssiz şəkildə olanları izləməsinə görə tənqid edib.

Akopyan, həmçinin Abazyanı təhdid edərək, əmri icra etməyəcəyi təqdirdə işdən qovulacağını bildirib.
Ermənistanın I xanımı belə davam edəcəyi halda bölgələrdə seçkiqabağı kampaniyanın aparılmasının mümkünsüz olacağını və narazılığın hər yerə yayılacağını deyib.

Kanal Abazyanın artıq əmrin icrasına başladığını və gecə Zəngəzurda geniş həbslər olacağını yazıb.
Qeyd edək ki, Paşinyanın ötən gecə gözlənilmədən Sünikə (Zəngəzur) səfəri yerli əhalinin etirazları ilə müşayiət olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]