“Dəmir yumruq” sənədli filminin təqdimatı oldu – Fotolar

Nəsimi rayon İcra Hakimiyyətində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla, Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, Vətən Müharibəsi əlillərinin, veteranlarının və gənclərin iştirakı ilə “Dəmir yumruq” sənədli filminin təqdimatı olub.

AKTUAL TV xəbər verir ki, filmin nümayişindən əvvəl Vətən Müharibəsi şəhidlərinin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Real TV-nin təşkilatçılığı ilə lentə alınan Azərbaycanın hər bir güşəsində yaşayan azsaylı xalqların gənclərinin  torpaqlarımız uğrunda döyüşlərdə bir yumruq kimi birləşərək, vəhdət şəklində iştirakından bəhs edən “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.

Tədbirin sonunda Vətən Müharibəsi şəhid ailələrini, əlilləri və iştirakçıları maraqlandıran suallar cavablandırılıb,  irəli sürdükləri təkliflərlə bağlı onlara müvafiq izahatlar verilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]