Stokholmda Ermənistan tərəfindən mina xəritəsinin verilməməsinə etiraz olaraq aksiya keçirilib – FOTO

Diasporla İş üzrə Dövlət Komitəsindən verilmiş məlumata görə, İsveç Krallığının paytaxtı Stokholm şəhərində SAF, “Azərbaycan naminə”, “Qarabağ kultur cəmiyyəti” Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Ermənistanın basdırdığı minaların xəritəsini vermədiyinə etiraz əlaməti olaraq aksiya keçirib.

Aksiya üçün materialları təmənnasız olaraq Rza Qaracay adlı həmvətənimiz hazırlayıb.

“Sergels torg” qarşısında gerçəkləşdirilən aksiyada “Ermənistan minalanmış ərazilərin xəritəsini vermir” şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.

Eyni zamanda, SAF-nın təşəbbüsü ilə İsveç parlamentinə Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki şəxsləri və hərbçiləri Ermənistan silahlı qüvvələrinin işğaldan azad olunmuş ərazilərdə basdırdıqları minaların hücumlarına məruz qalırlar. 10 noyabr tarixli üçtərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistanın partlayıcı maddələrin basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina etdiyinə diqqət cəlb olunub.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]