Türkiyəli məşhurlar ermənilərə dəstək oldular

Türkiyənin bir neçə məşhur siması qondarma “erməni soyqırımı”nı dəstəkləyən paylaşımlar edib.

AKTUAL TV xəbər verir ki, aprelin 24-də ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri barədə danışarkən “soyqırımı” ifadəsini işlətməsindən sonra qardaş ölkənin şou-biznes nümayəndələri arasında fikir ayrılığı yaranıb.

Mədəniyyət üzvlərinin əksəriyyəti sosial şəbəkədə Türkiyənin mənafeyini müdafiə edən paylaşımlar etsə də, bəziləri ermənilərə dəstəyini ifadə edib. Belə ki, aktrisa Hazar Ergüçlü “soyqırımı simvolu”nu instaqramda paylaşaraq “bəzi yaralar zamanla sağalmır”,- şərhini yazıb.

Nazlı Bulut, Meriç Aral da sözügedən “simvol”u paylaşaraq ermənilərə dəstək olub.

Hər 3 şəxsin bu addımı ölkədə sosial medianın gündəmini zəbt edib, onların ünvanına tənqidi şərhlər yazılıb.

Fotoda Meriç Aral

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]